Azərbaycanda fərdi investorlara yönəlmiş azı bir investisiya fondu yaradılacaq

İqtisadiyyat Materials 26 May 2026 18:37 (UTC +04:00)
Azərbaycanda fərdi investorlara yönəlmiş azı bir investisiya fondu yaradılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda kiçik həcmli investisiya imkanlarının genişləndirilməsi məqsədilə fərdi investorlara yönəlmiş yeni investisiya fondlarının yaradılması nəzərdən keçiriləcək.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Dövlət Proqramına əsasən, xüsusi investisiya alətlərinin yaradılması yolu ilə kiçik miqyaslı investisiya imkanlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Bu istiqamətdə investisiya şirkətlərinin prosesə cəlb edilməsi ilə investisiya fondlarının yaradılması imkanları qiymətləndiriləcək.

Sənəddə qeyd olunur ki, tədbirin həyata keçirilməsi çərçivəsində investisiya fondlarının fəaliyyəti üçün hüquqi çərçivənin müəyyən edilməsi planlaşdırılır. Təşəbbirin icrası üzrə əsas məsul qurum kimi Azərbaycan Mərkəzi Bankı (AMB) göstərilib.

Dövlət Proqramına görə, tədbirin icra müddəti 2027–2030-cu illəri əhatə edir. Gözlənilən nəticə olaraq fərdi investorlara yönəlmiş azı bir investisiya fondunun fəaliyyətə başlaması nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti