ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdən keçən gəmilərə şərait yaradır

Dünya xəbərləri Materials 26 May 2026 19:59 (UTC +04:00)
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdən keçən gəmilərə şərait yaradır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçən gəmilərə kömək etməyə başlayıb.

Trend xarici mediaya istinadla xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri artıq 2 milyon barel neft daşıyan Yunanıstan supertankerinin su yolundan keçməsinə kömək edib. Gəmi martın əvvəlindən Fars körfəzindədir və hazırda Hindistana gedir.

Məlumata görə, ABŞ ordusu yaxın günlərdə tankerlər və konteyner gəmiləri də daxil olmaqla təxminən 10 gəmiyə dəstək verməyi planlaşdırır.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, böyük şəhərlər zərbələrə məruz qaldıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hədəfləri də zərbələrə məruz qalıb.

Xəbər lenti

Xəbər lenti