Azərbaycandan dəmir yolu ilə ixracın dəyəri artıb

İqtisadiyyat Materials 26 May 2026 20:14 (UTC +04:00)
Azərbaycandan dəmir yolu ilə ixracın dəyəri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı vasitələri ilə 1,052 milyard ABŞ dolları dəyərində 2,213 milyon ton yük daşınıb.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 57,7 milyon ABŞ dolları və ya 5,8% çox, həcm ifadəsində isə 123,3 min ton və ya 5,3% azdır.

Hesabat dövründə Azərbaycandan dəmir yolu nəqliyyatı ilə 361 milyon ABŞ dolları dəyərində təqribən 763 min ton yük ixrac olunub ki, bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 117,9 milyon ABŞ dolları və ya 48,5% çox, həcm ifadəsində isə 17,2 min ton və ya 2,2% azdır.

Bu ilin yanvar-aprel aylarında Azərbaycana dəmir yolu nəqliyyatı ilə 690,7 milyon ABŞ dolları dəyərində 1,450 milyon ton yük idxal olunub ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 60,2 milyon ABŞ dolları və ya 8%, həcm ifadəsində isə 106,2 min ton və ya 6,8% azdır.

Qeyd edək ki, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda yük nəqliyyat vasitələri ilə ümumilikdə 17,403 milyard ABŞ dolları dəyərində 18,720 milyon ton yük daşınıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 485,7 milyon ABŞ dolları və ya 2,9% çox, həcm baxımından isə 862,2 min ton və ya 4,4% azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan ümumilikdə 11,879 milyard ABŞ dolları dəyərində 15,726 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 3,1 milyard ABŞ dolları və ya 35,2% artım, həcm ifadəsində isə 73,6 milyon ton və ya 0,5% azalma deməkdir.

Eyni zamanda bu ilin yanvar-aprel aylarında yüklərin daşınma vasitələri üzrə Azərbaycana ümumilikdə 5,525 milyard ABŞ dolları dəyərində 2,995 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 2,6 milyard ABŞ dolları və ya 32,1%, həcm baxımıdan isə 788,6 min ton və ya 20,8% azdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti