Azərbaycan və Pakistan arasında bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 26 May 2026 22:54 (UTC +04:00)
Azərbaycan və Pakistan arasında bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub (FOTO) (YENİLƏNİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

26 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə işgüzar səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, görüş zamanı Azərbaycan ilə Pakistan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə edərək, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, müdafiə sənayesi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Görüş zamanı, ölkəmizin Ümumdünya Şəhərsalma Forumuna (WUF-13) uğurlu evsahibliyi, yüksək səviyyəli Pakistan nümayəndə heyətinin iştirakı məmnunluqla qeyd olunub.

Qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanan Azərbaycan–Pakistan münasibətlərinin regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdiyi vurğulanıb, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalarda əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Görüş zamanı regional təhlükəsizlik, Yaxın Şərqdə mövcud vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

xxx

22:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfəri çərçivəsində Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Azerbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

Tərəflər Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivlərini müzakirə ediblər. İki ölkə arasında yüksək səviyyəli siyasi dialoq və qardaşlıq əlaqələri vurğulanıb.

Görüşdə iqtisadi, ticarət, enerji, nəqliyyat, müdafiə, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti