ABŞ-Azərbaycan tərəfdaşlığını yüksək qiymətləndiririk - Səfirlik (FOTO)

Gündəm Materials 27 May 2026 11:07 (UTC +04:00)
ABŞ-Azərbaycan tərəfdaşlığını yüksək qiymətləndiririk - Səfirlik (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin Azərbaycandakı səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Trend xəbər verir ki, bu barədə səfirliyin rəsmi sosial şəbəkə hesabındakı paylaşımda qeyd olunub.

Bildirilib ki, ABŞ-nin Bakıdakı Səfirliyi Azərbaycanda və dünyanın müxtəlif ölkələrində Qurban bayramını qeyd edən hər kəsə səmimi təbriklərini çatdırır.

"Bu müqəddəs bayram mərhəmət, səxavət və birlik kimi dəyərləri təcəssüm etdirməklə yanaşı, Azərbaycanın dini tolerantlıq və multikulturalizm sahəsində zəngin ənənələrini də nümayiş etdirir. ABŞ və Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığı və xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndiririk.

Qurban bayramınız mübarək!” – deyə paylaşımda qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti