Azərbaycan beynəlxalq aləmdə güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır - Ceyhun Bayramov

Siyasət Materials 28 May 2026 00:42 (UTC +04:00)
Azərbaycan beynəlxalq aləmdə güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır - Ceyhun Bayramov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bu gün beynəlxalq aləmdə güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "X"dəki hesabında yazıb.

"Bu gün Azərbaycan xalqının şanlı tarixində mühüm yer tutan 28 May – Müstəqillik Gününü qürurla qeyd edirik. Müstəqilliyimizin qorunması və daha da möhkəmləndirilməsi naminə göstərilən səylər nəticəsində Azərbaycan bu gün beynəlxalq aləmdə güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır. Bu əlamətdar gün münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, ölkəmizə davamlı inkişaf, xalqımıza firavanlıq, əmin-amanlıq və yeni-yeni uğurlar arzulayıram.

28 May – Müstəqillik Günümüz mübarək!", - C.Bayramov qeyd edib.

Xəbər lenti

Xəbər lenti