Qazaxıstanda təyyarə qəzaya uğrayıb - Ölən var

Dünya xəbərləri Materials 27 May 2026 11:30 (UTC +04:00)
Qazaxıstanda təyyarə qəzaya uğrayıb - Ölən var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qazaxıstanın Pavlodar vilayətində “An-2” təyyarəsi qəzaya uğrayıb.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Qəza nəticəsində 1 nəfər həlak olub, digər ekipaj üzvü isə xilas edilib.

İkin məlumata görə, təyyarə yüksək gərginlikli elektrik ötürücü xətlərinə dəyib və yerə çırpılıb.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Qeyd edək ki, "An-2" ("Kukruznik") sovet istehsalı olan çoxməqsədli təyyarədir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti