Katz HƏMAS hərbi komandirinin öldürüldüyünü təsdiqləyib

Dünya xəbərləri Materials 27 May 2026 10:07 (UTC +04:00)
Katz HƏMAS hərbi komandirinin öldürüldüyünü təsdiqləyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

HƏMAS-ın hərbi komandiri Mohəmməd Odeh ötən gecə Qəzzaya endirilmiş aviazərbə nəticəsində öldürülüb.

Trend xarici mediaya istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz bildirib.

“HƏMAS terror təşkilatının Qəzzadakı hərbi qanadının dördüncü komandiri dünən zərərsizləşdirilib”, -deyə Katz öz rəsmi “X” səhifəsində yazıb.

Odeh hərbi komandir vəzifəsinə ötən həftə təyin olunmuşdu. Onun sələfi İzəldin əl-Həddad isə bir ay əvvəl öldürülmüşdü.

Katz “mükəmməl səviyyədə keçirilmiş əməliyyata” görə İsrail Müdafiə Qüvvələrinə (IDF) və “Şin Bet”ə (İsrailin Təhlükəsizlik Xidməti) təşəkkür edib.

“Biz 7 oktyabr kütləvi qırğınına cavabdeh olan hər kəsin zərərsizləşdiriləcəyinə söz vermişik və bu sözümüzü yerinə yetirəcəyik. Onlar harda olurlarsa olsunlar, ölümə məhkumdurlar”, - deyə o yazıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti