Bakı.Trend:
2025-ci ilin iyulunda neft tankeri ilə əlaqədar İranda saxlanılan on hindistanlı dənizçi davamlı diplomatik təmaslar nəticəsində azad edilib.
Trend xəbər verir ki, bu barədə “Times of Israel” Hindistanın gəmiçilik qurumlarına istinadən xəbər verir.
Hindistanın Gəmiçilik üzrə Baş Direktorluğunun bəyanatında bildirilir ki, MV Harbour Phoenix gəmisində olan dənizçilər “2025-ci ilin iyulunda gəminin Cask limanı yaxınlığında saxlanılmasından sonra İranda tutulub, həbs edilib və həbsxanaya yerləşdirilib.
“Dənizçilər artıq azad olunub və təhlükəsiz şəkildə bir araya gəliblər”, – deyə gəmiçilik qurumu qeyd edib.
Ekipaj üzvlərinin ən qısa zamanda Hindistana qaytarılması üçün zəruri tədbirlərin görüldüyü bildirilir.
