Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının debatında çıxış edib (FOTO)

Siyasət Materials 27 May 2026 01:25 (UTC +04:00)
Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının debatında çıxış edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının sədrliyi altında BMT Təhlükəsizlik Şurasının “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması: BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət edilməsi və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi” mövzusunda açıq debatında çıxış edib.

Bu barədə Trend Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.

Nazir Ceyhun Bayramov çıxışında Azərbaycanın beynəlxalq hüquqa, çoxtərəfli əməkdaşlığa və Birləşmiş Millətlər Təşkilatının müasir qlobal çağırışların həllində mərkəzi roluna sarsılmaz sadiqliyini bir daha təsdiqləyib.

Nazir vurğulayıb ki, artan geosiyasi qütbləşmə, birtərəfli addımların güclənməsi və beynəlxalq hüququn davam edən pozuntuları fonunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmama prinsiplərinə universal və ayrı-seçkiliyə yol vermədən riayət olunmasının təmin edilməsi son dərəcə vacibdir.

Çıxış zamanı beynəlxalq hüquqa zidd əməllərə görə məsuliyyətin gücləndirilməsinin, ədalətin təşviqinin və münaqişələrin dağıdıcı nəticələrini aradan qaldıran ölkələrə dəstəyin, o cümlədən məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətli şəkildə geri qayıtmasının təmin edilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir, həmçinin BMT sisteminin daha effektiv, inklüziv və çevik olmasının zəruriliyini, o cümlədən inkişaf etməkdə olan ölkələrin maraq və təmsilçiliyini daha dolğun əks etdirmək üçün Təhlükəsizlik Şurasının islahatının irəlilədilməsini diqqətə çatdırıb.

Azərbaycanın Qlobal çoxtərəfliliyə töhfəsinin Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29 və Dünya Şəhərsalma Forumuna ev sahibliyi, eləcə də hazırkı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi vasitəsilə davam etdiyi bir daha təsdiqlənib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti