Ceyhun Bayramov Bəhreynli həmkarı ilə BMT çərçivəsində əməkdaşlığı müzakirə edib (FOTO)

Siyasət Materials 27 May 2026 02:06 (UTC +04:00)
Ceyhun Bayramov Bəhreynli həmkarı ilə BMT çərçivəsində əməkdaşlığı müzakirə edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Bəhreyn Krallığının xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Bəhreyn arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadi-ticarət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Nazirlər bir sıra mühüm sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin, eləcə də beynəlxalq təşkilatlar və platformalar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətini vurğulayıblar.

Ölkəmizin Bəhreyndə səfirliyinin fəaliyyətə başlaması məmnunluqla qeyd edilib.

Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də Yaxın Şərqdə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının, gərginliyin daha da artmasının qarşısının alınması məqsədilə diplomatik səylərin və dialoqun təşviq edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər nəzərdən keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti