ABŞ millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

İdman Materials 27 May 2026 01:55 (UTC +04:00)
ABŞ millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Bakı. Trend:

Futbol üzrə 2026-cı il dünya çempionatının ev sahibi ölkələrindən biri olan ABŞ millisinin mundial üçün heyəti açıqlanıb.

Trend-in məlumatına görə, baş məşqçi Maurisio Poçettino aşağıdakı futbolçulara dəvət göndərib:

Qapıçılar: Kris Breydi ("Çikaqo Fayr"), Met Friz ("Nyu-York Siti"), Mett Törner ("Nottingem Forest", İngiltərə).

Müdafiəçilər: Maksimilian Arfsten ("Kolambus Kryu"), Serjinyo Dest (PSV, Niderland), Aleks Frimen ("Vilyarreal", İspaniya), Mark Mekkenzi ("Tuluza", Fransa), Tim Rim ("Şarlott"), Kris Riçards ("Kristal Pelas", İngiltərə), Entoni Robinson ("Fulhem", İngiltərə), Maylz Robinsən ("Tsinsinnati"), Co Skalli ("Borussiya Münxenqladbax", Almaniya), Oston Trasti ("Seltik", Şotlandiya).

Yarımmüdafiəçilər: Tayler Adams ("Bornmut", İngiltərə), Sebastyan Berxalter ("Vankuver Uaytkeps", Kanada), Ueston Makkenni, Timoti Vea (hər ikisi "Yuventus", İtaliya), Kristian Roldan ("Sietls Saunders"), Brenden Eronson ("Lids Yunayted", İngiltərə), Covanni Reyna ("Borussiya Münxenqladbax"), Malik Tilmann ("Bayer").

Hücumçular: Kristian Pulişiç ("Milan", İtaliya), Alexandro Sendexas ("Amerika"), Folarin Balaqun ("Monako", Fransa), Rikardo Pepi (PSV), Haci Rayt ("Koventri Siti", İngiltərə).

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti