Azərbaycan və Portuqaliya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib

Siyasət Materials 27 May 2026 03:12 (UTC +04:00)
Azərbaycan və Portuqaliya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Portuqaliya Respublikasının xarici işlər naziri Paulo Rangel ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirə aparılıb.

Tərəflər iki ölkə arasında siyasi təmasların və qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Bu çərçivədə iqtisadiyyat, ticarət, investisiya, yaşıl enerji və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Nazirlər qarşılıqlı şəkildə diplomatik təmsilçiliyin səfirlik səviyyəsinə artırılması qərarlarını məmnunluqla qeyd ediblər.

Eyni zamanda, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulub, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin və seçkili orqanlara namizədliklərə dəstəyin əhəmiyyəti qeyd edilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər, Yaxın Şərqdə vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti