Bakı. Trend:
İsrail Müdafiə Qüvvələrinin (İMQ) Qəzza zolağına endirdiyi zərbənin hədəfi "HƏMAS"ın hərbi qanadının yeni lideri Məhəmməd Odə olub.
Trend-in məlumatına görə, bu barədə İsrail baş naziri Benyamin Netanyahu "X" sosial şəbəkəsində yazıb.
"Biz indi "HƏMAS"ın hərbi qanadının lideri Məhəmməd Odəyə hücum etmişik", - deyə o bildirib.
B. Netanyahunun sözlərinə görə, hərbi qanadın rəhbəri 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumunun təşkilində iştirak edib.
İsrailin hücumunun nəticələri barədə heç bir məlumat verilməyib.