Britaniya və Polşa təhlükəsizlik və müdafiə saziş imzalayacaqlar

Dünya xəbərləri Materials 27 May 2026 04:40 (UTC +04:00)
Britaniya və Polşa təhlükəsizlik və müdafiə saziş imzalayacaqlar

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer və onun polyak həmkarı Donald Tusk mayın 27-də Londonda təhlükəsizlik və müdafiə sahəsində saziş imzalayacaqlar.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Baş nazirinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, sənəd sərhədlərin qorunması, mütəşəkkil cinayətkarlıqla mübarizə, kollektiv müdafiənin gücləndirilməsi və Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsi məsələlərini əhatə edəcək.

“Bu saziş Polşa ilə müdafiə və təhlükəsizlik sahəsində münasibətlərimizdə bütöv bir nəsil ərzində atılmış ən böyük addımdır. Bu, bizə daha az görünən, lakin heç də az təhlükəli olmayan müasir təhlükəsizlik təhdidlərinə qarşı durmağa imkan verəcək”, – deyə Starmerin sözlərini onun ofisi sitat gətirib.

“Bu saziş həmçinin təhlükəsizliyin möhkəmləndirilməsi, vətəndaşlarımız üçün imkanların genişləndirilməsi və bütün qitədə sabitliyin təmin olunması məqsədilə Avropalı tərəfdaşlarla daha sıx əməkdaşlıq etmək öhdəliyimi təsdiqləyir”, – deyə Böyük Britaniyanın Baş naziri bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti