Çin rabitə texnologiyalarını sınaqdan keçirmək üçün "TJSW-24" peykini orbitə buraxıb

Dünya xəbərləri Materials 27 May 2026 05:16 (UTC +04:00)
Çin rabitə texnologiyalarını sınaqdan keçirmək üçün "TJSW-24" peykini orbitə buraxıb

Bakı. Trend:

Çin rabitə texnologiyalarının sınağı üçün nəzərdə tutulan TJSW-24 peykini uğurla orbitə çıxarıb.

Trend-in məlumatına görə, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) xəbər verib.

Qurumun "WeChat" sosial şəbəkəsindəki səhifəsində bildirilib ki, kosmik aparat orbitə CZ-7A (“Çançjen-7A”) modifikasiyalı daşıyıcı raketi vasitəsilə çatdırılıb.

Buraxılış çərşənbə günü Pekin vaxtı ilə saat 00:16-da Vençan kosmodromundan (cənubdakı Haynan vilayəti) həyata keçirilib.

“Çançjen” seriyalı raketlər üçün bu, 645-ci missiya olub.

Xəbər lenti

Xəbər lenti