Şimali Koreya yeni raket buraxılış sistemini sınaqdan keçirib

Dünya xəbərləri Materials 27 May 2026 03:46 (UTC +04:00)

Bakı. Trend:

Şimali Koreya çərşənbə axşamı yeni raket buraxılış sisteminin sınağını həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə Koreay Mərkəzi Telegraf Agentliyi məlumat yayıb.

“Şimali Koreyanın Raketqayırma Baş İdarəsi və Milli Müdafiə Akademiyası mayın 26-da milli müdafiənin inkişafı üzrə beşillik planın icrası çərçivəsində çoxməqsədli yüngül raketlər üçün yeni buraxılış sisteminin və taktiki qanadlı raketlərin yaylım atəşi sisteminin sınağını keçirib”, – deyə agentliyin məlumatında bildirilir.

Məlumata əsasən, sınaq zamanı “xüsusi təyinatlı taktiki ballistik raketin döyüş başlığının gücü”, həmçinin artırılmış mənzilli idarəolunan raketin etibarlılığı və süni intellekt texnologiyaları ilə idarə olunan taktiki qanadlı raketin hədəfə dəqiqliklə çatma qabiliyyəti təhlil olunaraq qiymətləndirilib.

Sınağı Şimali Koreya lideri Kim Çen In izləyib, deyə KCNA qeyd edib.

Agentlik vurğulayıb ki, Kim Çen In sınağın nəticələrini yüksək qiymətləndirib və “ən mürəkkəb müdafiə elmi texnologiyalarının praktiki silahların sınaqlarına tətbiqindən böyük məmnunluq duyduğunu” bildirib. Onun sözlərinə görə, bu sınaq KXDR silahlı qüvvələrinin “yenilənməsinin aydın siqnalı” olub.

Xəbər lenti

Xəbər lenti