ABŞ İbrahim sazişlərinin genişləndirilməsini istəyir

Dünya xəbərləri Materials 27 May 2026 09:47 (UTC +04:00)
ABŞ İbrahim sazişlərinin genişləndirilməsini istəyir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rəsmi Vaşinqton İbrahim sazişlərinin (Abraham Accords ing.) genişləndirilməsini istəyir.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin birinci müavini Anna Kelli "Semafor" portalına açıqlamasında bildirib.

İbrahim sazişləri -- 2020–2021-ci illərdə İsrail dövləti və bir sıra ərəb dövlətləri (ilk növbədə BƏƏ və Bəhreyn) arasında, münasibətlərin normallaşdırılması üçün imzalanmış müqavilələrdir.

Kellinin sözlərinə görə, ABŞ hakimiyyəti hesab edir ki, İbrahim sazişlərinin genişləndirilməsi Tehranla mümkün razılaşmaya təbii əlavə ola bilər.

“İbrahim sazişləri bütün iştirakçı tərəflərə əhəmiyyətli iqtisadi fayda gətirib və tarixi əhəmiyyət daşıyan əməkdaşlığı mümkün edib. Buna görə də bu, (İranla) sülh sazişinə təbii əlavə olardı”, – deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti