Azərbaycan banklarının xalis aktivləri artıb

İqtisadiyyat Materials 27 May 2026 14:03 (UTC +04:00)
Azərbaycan banklarının xalis aktivləri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il mayın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının xalis xarici aktivləri 29,523 milyard manat təşkil edib.

Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 997,7 milyon manat və ya 3,5%, ötən ilin mayın 1-nə nisbətən isə 597,7 milyon manat 2,1% çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri isə 20,646 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 809 milyon manat və ya 3,8% az, ötən ilin mayın 1-nə nisbətən isə 2,363 milyard manat və ya 12,9% çoxdur.

Beləliklə, bu ilin mayın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri xalis daxili aktivlərini 7,067 milyard manat və ya 1,4 dəfə üstələyib.

Hesabat dövrünə Azərbaycanda cəmi aktivləri 57,356 milyard manat, cəmi öhdəlikləri 49,696 milyard manat, balans kapitalı 7,660 milyard manat olan 22 bank fəaliyyət göstərir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti