Rusiyada silsiləvi qatil xəstəxanadan qaçıb (FOTO)

Dünya xəbərləri Materials 27 May 2026 17:38 (UTC +04:00)
Rusiyada silsiləvi qatil xəstəxanadan qaçıb (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyanın Sankt-Peterburq vilayətində müharibədə (Ukrayna-red) yaralandıqdan sonra xəstəxanadan qaçan və “Sosnovski manyakı” kimi tanınan silsilə qətllər törədən cinayətkar Andrey Kiykonun axtarışları aparılır.

Trend xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

O, daha əvvəl Sankt-Peterburqun Sosnovski meşə-parkında qadınlara qarşı törətdiyi qətl, təcavüz və hücumlara görə ciddi rejimli koloniyada 25 il həbs cəzasına məhkum edilmişdi.

Onun hesabında 15 qurban var, onlardan 12-si sağ qala bilib. Axtarışları Müdafiə Nazirliyinin bölmələri və regional polis idarəsi Lomonosov rayonunda aparır.

Rusiya mediasının məlumatına görə, Kiyko 2024-cü ilin ortalarında koloniyadan Ukrayna ilə müharibəyə cəlb olunub. Həmin vaxt onun cəzasının bitməsinə daha yeddi il qalırdı. O, 2025-ci ilin payızında cəbhədə aldığı yaradan sonra reabilitasiya keçdiyi Kronştadtdakı hərbi hospitaldan qaçıb. Lakin Müdafiə Nazirliyi 41 yaşlı Kiykonun axtarışına yalnız 2026-cı ilin mayında başlayıb.

Andrey Kiyko qadınlara hücum etməyə 19 yaşında başlayıb. İstintaq müəyyən edib ki, o, 2004–2007-ci illərdə üç qətl, 8 zorlama və 11 quldurluq hadisəsi törədib. 2005-ci ildə Kiyko psixi sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız elan olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti