Şimali Koreya süni intellektli raketlərin sınağını keçirib

Dünya xəbərləri Materials 27 May 2026 17:49 (UTC +04:00)
Şimali Koreya süni intellektli raketlərin sınağını keçirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Şimali Koreya ilk dəfə olaraq süni intellekt ilə təchiz edilmiş yüksək dəqiqlikli qanadlı raketlərin sınağını keçirdiyini açıqlayıb.

Trend xəbər verir ki, texnikanın sınağı barədə Koreya mətbuatı məlumat yayıb.

Bildirilir ki, ordu taktiki ballistik raketləri, artilleriya raketlərini və uçuş məsafəsi 100 kilometrə qədər olan süni intellektli qanadlı raketləri əhatə edən kombinə edilmiş silah sistemini sınaqdan keçirib.

Məlumatda qeyd olunur ki, Şimali Koreya lideri Kim Çen Inın rəhbərliyi altında keçirilən sınaqlar silahların və avtomatlaşdırılmış buraxılış sistemlərinin müasir müharibənin tələblərinə uyğunlaşdırılması və döyüş şəraitində effektivliyinin artırılması məqsədilə uğurla modernləşdirildiyini göstərib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti