Azərbaycanda MKOB-lar üçün vahid maliyyə platforması yaradılacaq

İqtisadiyyat Materials 27 May 2026 12:27 (UTC +04:00)
Azərbaycanda MKOB-lar üçün vahid maliyyə platforması yaradılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda mikro, kiçik və orta biznes (MKOB) subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində yeni tədbirlər nəzərdə tutulub.

Trend xəbər verir ki, sənədə əsasən, MKOB-ların müvəkkil kredit təşkilatları ilə əlaqə yaratmasına və güzəştli mexanizmlərə müraciət etməsinə imkan verən platformanın yaradılması planlaşdırılır.

Dövlət Proqramında qeyd olunub ki, tədbirin əsas icraçısı qismində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İN) müəyyən edilib. Prosesə Kənd Təsərrüfatı Nazirliyi (KTN) və İpoteka və Kredit Zəmanət Fondu (İKZF) cəlb olunacaq, Azərbaycan Mərkəzi Bankına (AMB) isə tövsiyələr veriləcək.

Sənədə görə, layihənin icrası 2027–2028-ci illəri əhatə edəcək.

İlkin mərhələdə maliyyələşmənin çevikliyinin artırılması xidməti üzrə uğurlu modellərin öyrənilməsi nəzərdə tutulur. Aralıq nəticə kimi vahid platformanın prototipinin hazırlanması planlaşdırılır.

Yekun nəticə olaraq isə bütün dövlət maliyyə dəstəyi proqramlarını birləşdirən platformanın istifadəyə verilməsi hədəflənir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti