Azərbaycanda həyat sığortası bazarı 10%-ə yaxın böyüyüb

İqtisadiyyat Materials 27 May 2026 11:42 (UTC +04:00)
Azərbaycanda həyat sığortası bazarı 10%-ə yaxın böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 371,534 milyon manat sığorta haqqı toplanılıb.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,5 milyon manat və ya 9,9% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə ötən ilin eyni dövrü ilə müqayisədə 58,7 milyon manat və yaxud 39,6% artaraq 207,021 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-aprel aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,7 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 610,216 milyon manat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 21,7 milyon manat və ya 3,7% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 304,353 milyon manat təşkil edib.

Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 73 milyon manat və ya 31,6% çoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti