"Neftçi" yeni mövsüm üçün ilk transferini açıqladı

İdman Materials 27 May 2026 16:55 (UTC +04:00)
"Neftçi" yeni mövsüm üçün ilk transferini açıqladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Neftçi" yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi "Şamaxı"dan ayrılan Rüfət Abbasovu heyətinə qatıb. 21 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, komandada 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan, 2015-ci ildə klubun akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib və 2 rəsmi oyun keçirib. Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti