İnflyasiya təzyiqləri davam edərsə AMB uçot dərəcəsini artırmalıdır – BVF

Maliyyə Materials 28 May 2026 10:20 (UTC +04:00)
İnflyasiya təzyiqləri davam edərsə AMB uçot dərəcəsini artırmalıdır – BVF
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İdxal olunan ərzaq məhsullarının bahalaşması ilə bağlı inflyasiya təzyiqləri davam edərsə, Azərbaycan Mərkəzi Bankı əsas faiz dərəcəsini artırmağa hazır olmalıdır,

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında bildirilir.

“İnflyasiya üzrə mövcud proqnoz faiz dərəcələrinin dəyişmədən saxlanmasını əsaslandırır, lakin Azərbaycan Mərkəzi Bankı inflyasiya ilə bağlı gözlənilməz hallara qətiyyətlə reaksiya verməyə hazır olmalıdır. Tənzimləyici pul-kredit transmissiyası mexanizmini və kommunikasiya siyasətini təkmilləşdirməyə davam etməlidir. Faktiki sabit məzənnə rejimi nəzərə alınmaqla, fiskal intizamın qorunması və iqtisadiyyatın rəqabət qabiliyyətinin saxlanılması valyuta rejiminin dayanıqlılığı üçün əsas şərtlərə çevrilir”, – fondun hesabatında qeyd olunub.

BVF analitikləri Azərbaycanda fiskal konsolidasiyanın davam etdirilməsinin vacibliyini vurğulayırlar.

“Xərclər və gəlirlər üzrə dəqiq müəyyən edilmiş tədbirləri, o cümlədən vergi güzəştlərinin optimallaşdırılmasını ehtiva edən kompleks strategiya ortamüddətli konsolidasiya üçün riskləri azaltmağa imkan verəcək”, – hesabatda bildirilir.

Bundan əlavə, BVF makroprudensial siyasətin aktiv istifadəsini və maliyyə sektoruna nəzarət sistemində islahatların davam etdirilməsini tövsiyə edir.

“Biz Basel III kapital adekvatlığı tələblərinin tətbiqi üzrə son tədbirləri və FSAP tövsiyələrinin icrasında ümumi irəliləyişi alqışlayırıq. Riskyönümlü və konsolidə olunmuş nəzarətə keçidin tamamlanması, həmçinin fövqəladə likvidlik dəstəyi mexanizmlərinin və maliyyə “təhlükəsizlik şəbəkələrinin”gücləndirilməsi bank sektorunun dayanıqlığını möhkəmləndirməyə kömək edəcək”, – sənəddə qeyd olunur.

BVF-nin fikrincə, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində səylərini davam etdirməlidir.

“İqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş diqqət əsaslandırılmış olsa da, strategiya fiskal konsolidasiya və özəl biznesin sıxışdırılması riskini nəzərə alaraq iri dövlət layihələrindən yayınmaqla özəl sektora istiqamətlənməlidir. Qeyri-rəsmi məşğulluq problemlərinin həlli, əmək məhsuldarlığının artırılması, maliyyə bazarlarının inkişafı, dövlət müəssisələrinin səmərəliliyinin yüksəldilməsi və onların iqtisadiyyatda rolunun azaldılması rəqabət qabiliyyətinin artırılması və xarici investisiyaların cəlbi üçün əsas amillərdir”, – hesabatda deyilir.

Fondun proqnozlarına görə, Azərbaycanda istehlak qiymətləri indeksi 2026-cı ildə 6 faiz təşkil edəcək, 2027-ci ildə 4,2 faizə enəcək və 2031-ci ilədək sonrakı illərdə 4 faiz səviyyəsində sabitləşəcək. Müqayisə üçün qeyd olunur ki, inflyasiya 2023-cü ildə 2,1 faiz olub, 2024-cü ildə 4,9 faizə yüksəlib və proqnoza əsasən 2025-ci ildə 5,2 faizə çatacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti