Azad edilmiş ərazilərə köçürülən 10600-dək şəxsin məşğulluğu təmin edilib - ƏƏSMN

Cəmiyyət Materials 28 May 2026 11:14 (UTC +04:00)
Azad edilmiş ərazilərə köçürülən 10600-dək şəxsin məşğulluğu təmin edilib - ƏƏSMN
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir.

Trend xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Məlumata görə, Böyük Qayıdış proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş sakinlərdən artıq 10600-dək şəxsin məşğulluğu təmin edilib.

Onlardan 881 şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb.

Habelə 505 nəfər müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Kursları uğurla başa vurmuş şəxslərin işlə təminatına dəstək göstərilib

Məqalədə:

Xəbər lenti

Xəbər lenti