"Arsenal" hücumçusu üçün 20 milyon funt tələb edir

İdman Materials 28 May 2026 04:26 (UTC +04:00)
"Arsenal" hücumçusu üçün 20 milyon funt tələb edir

Bakı. Trend:

"Arsenal" bu yay 29 yaşlı hücumçu Qabriel Jesus üçün 18–20 milyon funt-sterlinq tələb etməyi planlaşdırır.

Trend xəbər verir ki, "The Athletic"in məlumatına görə, bir neçə klub braziliyalı futbolçunun vəziyyəti ilə maraqlanıb və “topçular” onun üçün bu qiymət aralığını müəyyən edib.

Qabriel Jesusun "Arsenal"la müqaviləsində hələ 1 il qalır. O, ötən mövsüm Premyer Liqada 14 oyunda 3 qol vurub.

Xəbər lenti

Xəbər lenti