Dövlət Neft Fondunun ehtiyatları artmaqda davam edəcək – BVF

Energetika Materials 28 May 2026 09:15 (UTC +04:00)
Dövlət Neft Fondunun ehtiyatları artmaqda davam edəcək – BVF
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ehtiyatları karbohidrogen qiymətlərinin yüksək olaraq qalması şəraitində artmaqda davam edəcək.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında bildirilib.

Fondun hesabatına əsasən, Azərbaycanda iqtisadi artımın bir qədər sürətlənəcəyi, inflyasiyanın isə Mərkəzi Bankın hədəf diapazonunda qalacağı gözlənilir.

“Ekspertlərin qiymətləndirməsinə görə, neft və qaz hasilatında davam edən zəiflik fonunda 2026-cı ildə ÜDM artımı mülayim şəkildə sürətlənərək 2,1 faizə çatacaq. Qeyri-neft ÜDM artımının 3,7 faiz səviyyəsində olacağı, daha sonra isə orta müddətli perspektivdə təxminən 3,5 faiz ətrafında sabitləşəcəyi proqnozlaşdırılır. Bərpa prosesi 2026-cı ildə fiskal siyasətin sərtləşdirilməsi tempinin daha yavaş olması, eləcə də Yaxın Şərqdəki müharibə səbəbindən neft və qaz qiymətlərinin artmasının müsbət dolayı təsirləri ilə əlaqələndirilir”, – hesabatda qeyd olunub.

BVF analitikləri bildirirlər ki, qeyri-neft sektorunda istehsal boşluğunun azalacağı, lakin 2026-cı ildə müsbət olaraq qalacağı və daha sonra orta müddətli perspektivdə tədricən bağlanacağı gözlənilir.

“Mövcud hasilat məhdudiyyətlərinin təsiri altında olan neft ÜDM-i üzrə proqnozun 2026-cı ildə 2% azalması nəzərdə tutur. Bundan sonra azalmanın tempi mülayim 0,5 faizə qədər zəifləyəcək ki, bu da ümumi ÜDM artımının orta müddətli perspektivdə təxminən 2,5 faizə enməsinə gətirib çıxaracaq. İnflyasiyanın isə Yaxın Şərqdəki müharibə səbəbindən idxal olunan ərzaq inflyasiyasının artması fonunda 2026-cı ilin sonuna qədər 6 faizə yüksələcəyi gözlənilir. Bu, həmçinin əhalinin real gəlirlərini və tələbi azalda bilər. Bununla yanaşı, cari əməliyyatlar balansının profisitinin karbohidrogen qiymətlərinin artması hesabına 2026-cı ildə əhəmiyyətli dərəcədə artacağı, daha sonra isə orta müddətli perspektivdə tədricən azalacağı proqnozlaşdırılır”, – sənəddə vurğulanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti