Aİ Ukraynaya 28.3 milyard avro ayıracaq

Dünya xəbərləri Materials 28 May 2026 03:17 (UTC +04:00)
Aİ Ukraynaya 28.3 milyard avro ayıracaq

Bakı. Trend:

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen 2026-cı ildə Kiyevə 90 milyard avroluq maliyyələşdirmədən 28,3 milyard avro hərbi ehtiyaclar üçün köçürəcəyinə, eləcə də Ukraynanın Avropa dron istehsalı layihələrinə tam inteqrasiyasına söz verib.

Trend xəbər verir ki, o, bunu Volodimir Zelenski ilə telefon danışığından sonra "X" sosial şəbəkə hesabında yazıb.

"Hava hücumundan müdafiə və pilotsuz təyyarələrə qarşı mübarizə səyləri Avropanın ən təcili prioritetlərindəndir. Ukrayna bu səylərə tam inteqrasiya olunacaq", - deyə o iddia edir. Bildirib ki, Avropa təkcə bu il Ukraynanın hərbi ehtiyaclarını ödəmək üçün 28,3 milyard avro ayıracaq.

Xəbər lenti

Xəbər lenti