İran qüvvələri Hörmüz yaxınlığındakı gəmilərə xəbərdarlıq atəşi açıb

Dünya xəbərləri Materials 29 May 2026 01:10 (UTC +04:00)
İran qüvvələri Hörmüz yaxınlığındakı gəmilərə xəbərdarlıq atəşi açıb

Bakı. Trend:

İran qüvvələri Hörmüz boğazı yaxınlığındakı dörd gəmiyə xəbərdarlıq atəşi açıb.

Trend-in məlumatına görə, bu barədə "Mehr" agentliyi xəbər verib.

Məlumata əsasən, gəmilər hərəkətlərini əlaqələndirmədən boğazdan keçməyə cəhd ediblər.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, böyük şəhərlər zərbələrə məruz qaldıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hədəfləri də zərbələrə məruz qalıb.

Xəbər lenti

Xəbər lenti