Bakı. Trend:
ABŞ və İran danışıqçıları anlaşma memorandumunun layihəsi üzərində razılığa gəliblər. Sənəd ABŞ prezidenti Donald Trampın təsdiqini gözləyir.
Trend-in məlumatına görə, bu barədə "Axios" portalı mənbələrə istinadən xəbər verib.
"ABŞ və İran danışıqçıları atəşkəsin uzadılması və İranın nüvə proqramı ilə bağlı danışıqlara başlamaq üçün 60 günlük anlaşma memorandumu barədə razılığa gəliblər, lakin bu, Prezident Trampın yekun təsdiqini gözləyir", deyə bildirilib.
Memorandumda həmçinin Hörmüz boğazının açılması, İranın boğazdakı minaları 30 gün ərzində təmizləmək öhdəliyi, ABŞ-ın İran aktivlərinin azad edilməsi və sanksiyaların ləğvi məsələsini müzakirə etməyə hazır olması, eləcə də uranın zənginləşdirilməsi və İranın ehtiyatlarından imtina etməsi ilə bağlı danışıqlar barədə müddəalar yer alır.
