Bakıda yağış yağacaq

Cəmiyyət Materials 28 May 2026 15:11 (UTC +04:00)
Bakıda yağış yağacaq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında mayın 29-u axşamdan 30-u səhərədək arabir yağış yağacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında qeyd olunub.

Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Mayın 29-u gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 31-i gündüzədək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, 29-da bəzi yerlərdə yağıntının güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə enəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti