Bakı. Trend:
Bu ilin mayın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən sənaye və istehsal sektoru qoyulmuş kreditlərin həcmi 1,706 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 15,2 milyon manat və ya 0,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 82,1 milyon manat və ya 5,1% çoxdur.
Qeyd edək ki, ümumilikdə bu ilin mayın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 33,246 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 314 milyon manat və ya 0,9%, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,8 milyard manat və ya 9,4% artım deməkdir.
