Nəqliyyat və rabitə sektoruna kredit qoyuluşu artıb

İqtisadiyyat Materials 28 May 2026 20:02 (UTC +04:00)
Nəqliyyat və rabitə sektoruna kredit qoyuluşu artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin mayın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən nəqliyyat və rabitə sektoruna qoyulmuş kreditlərin həcmi 2,310 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 49,8 milyon manat və ya 2,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 415,9 milyon manat və ya 21,9% çoxdur.

Qeyd edək ki, ümumilikdə bu ilin mayın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 33,246 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 314 milyon manat və ya 0,9%, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,8 milyard manat və ya 9,4% artım deməkdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti