Azərbaycanda biznes kreditləri 16,3 milyard manatı ötüb

İqtisadiyyat Materials 28 May 2026 18:00 (UTC +04:00)
Azərbaycanda biznes kreditləri 16,3 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin mayın 1-nə Azərbaycanda bankların kredit portfelinin strukturunda biznes kreditlәri 53,3% (16,313 milyard manat) paya malik olub.

Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, bir ay əvvəlki göstərici ilə müqayisədə 97,8 milyon manat və ya 0,6%, ötən ilin eyni dövrünə nisbətən isə 1,4 milyard manat və yaxud 9,1% çoxdur.

Hesabat dövründə biznes kreditlərinin strukturunda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,461 milyard manat təşkil edib ki, bu da bir ay əvvəlki göstəriciyə nisbətən 53,6 milyon manat və ya 0,6% azalma, ötən ilin eyni dövrünə nisbətən isə 61,6 milyon manat və ya 0,7% artım deməkdir.

Eyni zamanda bu ilin mayın 1-nə ölkədə orta sahibkarlıq subyektlərinə 2,308 milyard manat kredit verilib. Bu, bir ay əvvələ nisbətən 15,6 milyon manat və ya 0,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 404,4 milyon manat və ya 21,2% çoxdur.

Həmçinin 2026-cı ilin mayın 1-nə Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə ayrılmış biznes kreditlərinin həcmi 1,784 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 51,7 milyon manat və ya 3%, illik müqayisədə isə 267,5 milyon manat və ya 17,6% artım deməkdir.

Bundan başqa, bu ilin mayın 1-nə ölkədə mikro sahibkarlıq subyektlərinə 3,760 milyard manat biznes kreditləri verilib. Bu isə əvvəlki ayla müqayisədə 84,1 milyon manat və ya 2,3%, illik müqayisədə isə 626,4 milyon manat və yaxud da 20% çoxdur.

Qeyd edək ki, 2026-cı ilin mayın 1-nə Azərbaycanda bankların kredit portfeli 30,609 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,3% (16,313 milyard manat), istehlak kreditlәri 31,5% (9,629 milyard manat) vә ipoteka kreditlәri 15,2% (4,667 milyard manat) təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti