Ötən il məişət zorakılığı nəticəsində həyatını itirən qadınların sayı açıqlanıb

Cəmiyyət Materials 28 May 2026 16:43 (UTC +04:00)
Ötən il məişət zorakılığı nəticəsində həyatını itirən qadınların sayı açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il məişət zorakılığı nəticəsində qadın ölümlərinin sayı artıb.

Trend xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.

Belə ki, 2025-ci il ərzində məişət zorakılğı nəticəsində 40 qadın ölüb. 2024-cü ildə isə bu say 29 olub.

Ötən il ölən 40 qadından 38-i adam öldürmə (CM-in 120122-ci maddələri nəzərdə tutulur) cinayətinin qurbanı olub.

Eyni zamanda, 2025-ci il ərzində məişət zorakılığı ilə bağlı baş vermiş cinayət hadisələri üzrə 1413 (2024-cü ildə – 1471) zərərçəkmiş şəxsdən 1176-ı (2024-cü ildə – 1228) qadın olub.

Qeyd edək ki, 2025-ci ildə 21031 cinayət törətmiş şəxsdən 1337-si qadın olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti