Bakı. Trend:
Alimlər hamiləlik dövründə dölün vəziyyətini fasiləsiz izləməyə imkan verən geyilə bilən ultrasəs cihazı hazırlayıblar.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, “UPatch” adlanan cihaz körpənin ürək döyüntüsü və qan axınını real vaxtda izləyə bilir və mümkün ağırlaşmaları daha erkən aşkar etməyi hədəfləyir.
Tədqiqatçılara görə, mövcud ultrasəs üsulları yalnız xəstəxanada və fasilələrlə aparıldığı üçün məlumat itkisinə və gec diaqnoza səbəb olur. Yeni cihaz isə uzunmüddətli və davamlı monitorinq imkanı yaradır.
ABŞ və Böyük Britaniyada 62 hamilə üzərində sınaqdan keçirilən texnologiyanın nəticələri ənənəvi ultrasəs ölçmələri ilə yüksək uyğunluq göstərib. Bəzi hallarda isə cihaz ciddi riskləri vaxtında aşkarlayaraq tibbi müdaxiləyə səbəb olub.
Hazırda alimlər cihazın simsiz və evdə istifadə oluna bilən versiyası üzərində işləyirlər.
