Prezident İlham Əliyev: Hər gün gücümüz artır, imkanlarımız artır (VİDEO)

Siyasət Materials 28 May 2026 21:13 (UTC +04:00)
Prezident İlham Əliyev: Hər gün gücümüz artır, imkanlarımız artır (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Dəmir yumruq" hesabına, xalqımızın birliyi hesabına, Ordumuzun qüdrəti, şəhidlərimizin qanı-canı bahasına bu gün buradayıq və bundan sonra bizi heç kim buradan tərpədə bilməz. Əksinə, hər gün gücümüz artır, imkanlarımız artır. Bölgədə söz sahibiyik.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə deyib.

"Ermənilər tərəfindən viran qoyulmuş bu torpaqları, şəhər və kəndləri artıq beş ildir ki, bərpa edirik. Özü də necə? Dünyada bunun tayı-bərabəri yoxdur. Cəmi 5 il ərzində bu qədər iş görmək - ancaq bunu güclü dövlət edə bilər. Bu güclü dövlətin əsasını xalq-iqtidar birliyi təşkil edir.

Sizə isə bundan sonra ancaq cansağlığı. Bu gözəl havanı udun, gözəl suyu için, gözəl mənzərələrə tamaşa edin ki, könül açılsın, adamın zövqünü oxşasın.

Mən laçınlılarla görüşəndə, Laçın şəhərinə biz ilk keçmiş köçkünləri qaytaranda elə oturmuşdum ki, bu mənzərə elə düz gözümün qabağında idi. Dedim ki, bilin ha, biz sizi görürük buradan. Özünüzü yaxşı aparın" - Prezident İlham Əliyev bildirib..

Məqalədə:

Xəbər lenti

Xəbər lenti