Azərbaycandan Tailanda ixrac olunan neftin həcmi açıqlandı

Energetika Materials 29 May 2026 17:42 (UTC +04:00)
Azərbaycandan Tailanda ixrac olunan neftin həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Tailanda 103,3 milyon ABŞ dolları dəyərində, 137,4 min ton bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac edilib.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 27,4 milyon ABŞ dolları və ya 36 faiz artıb, fiziki həcm baxımından isə 400 min ton və ya 0,3 faiz azalıb.

Ötən ilin yanvar-aprel aylarında Azərbaycandan Tailanda 137,8 min ton neft və neft məhsulları ixrac olunmuşdu. İxracın ümumi dəyəri 75,9 milyon ABŞ dolları təşkil edirdi.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9 faiz çoxdur.

Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 11,9 milyard dollar ixracın, 5,5 milyard dollar isə idxalın payına düşüb. Son bir ildə ixracın həcmi 3,1 milyard dollar (35,2 faiz) artdığı halda, idxalın həcmi 2,6 milyard dollar (32,1 faiz) azalıb.

Nəticədə xarici ticarətdə 6,354 milyard dollar həcmində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 dəfə və ya 5,7 milyard dollar çoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti