Bakı. Trend:
ABŞ Maliyyə Nazirliyi İrana neft tədarükü ilə əlaqəli olduğu iddia edilən bir neçə quruma, səkkiz tankerə və bir şəxsə əlavə sanksiyalar tətbiq edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi xəbər verib.
"ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran ordusuna neft satışına qarşı əlavə tədbirlər görür. Bu satışlar rejimin silahlı qüvvələrinin yenidən qurulmasını maliyyələşdirməsinə imkan verir və ABŞ və regiondakı tərəfdaşları üçün davamlı təhlükə yaradır", - deyə bildirilib.
Maliyyə Nazirliyinin məlumatına əsasən, sanksiya tətbiq edilən 16 şirkət arasında Çin, Honkonq, Qətər, Hindistan, BƏƏ və Marşal adalarında qeydiyyatdan keçmiş şirkətlər var.
Maliyyə Nazirliyinin yeni siyahısında adı çəkilən yeganə şəxs Hindistan vətəndaşıdır.
Madiyyə Nazirliyinin siyahılarına əlavə edilən səkkiz tanker Marşal Adaları, Kamerun, Komor Adaları, Panama, Palau və San Marino bayraqları altında hərəkət edir.
