Azərbaycan boksçuları Gürcüstanda keçirilən turnirdə 5 medal qazanıblar

İdman Materials 29 May 2026 07:44 (UTC +04:00)
Azərbaycan boksçuları Gürcüstanda keçirilən turnirdə 5 medal qazanıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın Batumi şəhərində təşkil olunan beynəlxalq boks turnirinə yekun vurulub.

Trend-in məlumatına görə, baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında çıxış edən Azərbaycan millisi yarışda bir qızıl, bir gümüş və üç bürünc medal əldə edib.

Yığmamızın üzvü Bilalhəbaşi Nəzərov (50 kq) bütün görüşlərdə qələbə qazanaraq turnirin qalibi olub və fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Kənan Nəcəfov (+90 kq) turniri gümüş medalla başa vurub. Tayfur Əliyev (60 kq), Əli Abdullayev (65 kq) və Abbasqulu Şadlinski (75 kq) isə bürünc medala layiq görülüblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti