Dövlət Departamentinin nümayəndələri ilə Orta Dəhlizi müzakirə etdilər

Dünya xəbərləri Materials 29 May 2026 16:22 (UTC +04:00)
Dövlət Departamentinin nümayəndələri ilə Orta Dəhlizi müzakirə etdilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Gürcüstanın Baş nairinin müavini Mamuka Mdinaradze ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüş keçirib.

Trend bu barədə Gürcüstan mediasına istinadən xəbər verir.

Tərəflər görüş zamanı ikitərəfli münasibətləri və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığın yenilənməsi planlarına xüsusi diqqət yetirilib. Tərəflər milli maraqlar nəzərə alınmaqla qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Bundan əlavə, görüşdə regional vəziyyət də müzakirə olunub. Orta Dəhlizin əhəmiyyəti və Gürcüstanın etibarlı tərəfdaş kimi rolu ayrıca vurğulanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti