Türkiyə sahilləri yaxınlığında üç tanker PUA hücumuna məruz qalıb

Dünya xəbərləri Materials 29 May 2026 05:38 (UTC +04:00)
Türkiyə sahilləri yaxınlığında üç tanker PUA hücumuna məruz qalıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Syerra-Leone və Palau bayraqları altında üzən üç tanker Türkiyənin şimal sahilləri yaxınlığında pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi Türkiyənin "Tribeca" gəmiçilik agentliyinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Palau bayrağı altında üzən James II gəmisinə hücum Türkiyənin Sinop vilayətinin Türkəli rayonu yaxınlığından təxminən 80 km şimalda baş verib. Syerra-Leone bayrağı altında qeydiyyatdan keçmiş Altura və Velora tankerinin isə ehtimal ki, qonşu ərazidə рейдовая перевалка zamanı hücuma məruz qaldığı bildirilir.

Hadisə yerinə xilasedici katerlər göndərilib. Bütün gəmilərin heyət üzvlərinin təhlükəsiz yerdə olduğunu qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti