Fransa parlamentində köləliklə bağlı qanun səsverməyə çıxarılıb

Dünya xəbərləri Materials 29 May 2026 17:29 (UTC +04:00)
Fransa parlamentində köləliklə bağlı qanun səsverməyə çıxarılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransa parlamentinin aşağı palatası 1685-ci ildə Fransanın müstəmləkələrində köləliyi tənzimləyən kral fərmanı olan “Qara Məcəlləni”in (Code Noir) ləğvini dəstəkləyib.

Trend xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Səsvermədə qanunun qəbulunun lehinə bütün siyasi qrupları təmsil edən 254 deputat səs verib.

Qanun layihəsi LIOT (“Azadlıq, Müstəqillər, Dənizaşırı Ərazilər”) qrupundan Qvadelupa deputatı Maks Matisenin təşəbbüsü ilə səsverməyə qoyulub. Sənəd yalnız “Qara Məcəllənin”in özünün deyil, həm də XVII–XVIII əsrlərdə Fransanın müxtəlif müstəmləkələrində köləliyi tənzimləyən bütün kral fərmanlarının ləğvini nəzərdə tutur.

Bu mətnlər 1848-ci ildə köləliyin ləğvindən sonra rəsmi şəkildə qüvvədən düşməsə də, artıq uzun müddətdir hüquqi qüvvəsini itirmiş sayılırdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti