Qədim insanlar cəngəlliklərdə yaşayıb - Yeni araşdırma

Dünya xəbərləri Materials 29 May 2026 14:15 (UTC +04:00)
Qədim insanlar cəngəlliklərdə yaşayıb - Yeni araşdırma
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yeni kəşf Qərbi Afrikada qədim insanların mənşəyi haqqında təsəvvürləri dəyişir. Alimlər müəyyən ediblər ki, hələ 150 min il əvvəl qədim insanlar sıx tropik meşələrdə yaşayıblar. Bu isə indiyədək mümkün hesab ediləndən iki dəfədən çox qədim dövrə aiddir.

Trend xəbər verir ki, kəşflə bağlı məqalə Nature jurnalında dərc olunub.

İndiyədək arxeoloqlar əmin idilər ki, ilk Homo sapiens cəngəlliklərdən uzaq durur, savannalara, sahil ərazilərinə və açıq məkanlara üstünlük verirdilər.

Araşdırma Kot-d’İvuarda yerləşən Bete I arxeoloji abidəsinin yenidən öyrənilməsi ilə başlayıb. Həmin ərazi ilk dəfə hələ 1980-ci illərdə tədqiq edilib.

O zaman alimlər daş alətlər aşkar etsələr də, texnologiyalar onların yaşını dəqiq müəyyən etməyə imkan vermirdi. İndi isə tədqiqatçılar optik stimullaşdırılmış lüminessensiya və elektron spin rezonansı da daxil olmaqla müasir tarixləndirmə metodlarından istifadə edərək heyrətamiz nəticə əldə ediblər: insanlar bu meşələrdə təxminən 150 min il əvvəl yaşayırmış.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti