Bakıda və Abşeron yarımadasında yağış yağır - FAKTİKİ HAVA

Cəmiyyət Materials 29 May 2026 16:44 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında yağış yağır - FAKTİKİ HAVA
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 29-u saat 16:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında yağış, Yevlax, Qusar, Goranboy, Naftalan, Tərtər, Şabran, Sabirabadda isə arabir şimşək çaxır, yağış yağır.

Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 28, Zəngilanda 21, Culfada 20, Şahbuz, Lerik, Yardımlı, Laçında 15 m/s-yə çatır.

Xəbər lenti

Xəbər lenti