Bakı.Trend:
Tehranla danışıqlarda Vaşinqton üçün sərfəli razılaşmanın əldə olunmaması hərbi əməliyyatların başlanmasına səbəb ola bilər.
Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
“Nəticə etibarı ilə, bizə heç bir fayda verməyəcək razılaşma son həddir. Mən bunu nəzərdən keçirirəm, baxaq nə olur”,- Tramp bildirib.
Müsahibənin tam versiyası şənbə günü yerli vaxtla saat 21:00-da yayımlanacaq.
ABŞ Prezidenti iranlı diplomatların danışıqlar aparmaq bacarığına diqqət çəksə də, sərfəli razılaşma əldə etmək üçün bütün üstünlüklərin Vaşinqtonun əlində olduğunu vurğulayıb.
“Onlar hiyləgərdirlər, amma sonda bütün üstünlüklər bizdədir, çünki biz onları hərbi baxımdan məğlub etmişik”, – deyə Amerika lideri bildirib.
