Bakı. Trend:
Son 24 saat ərzində İsrailin Livanın cənub və şərq bölgələrinə endirdiyi hava və artilleriya zərbələri nəticəsində 55 nəfər həlak olub, 187 nəfər isə yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 2-də hərbi eskalasiyanın başlanmasından bəri həlak olanların ümumi sayı 3324, yaralıların sayı isə 10027 nəfərə çatıb.
Qeyd olunub ki, 6 maydan bəri ilk dəfə Şueyfətin cənub bölgəsinə PUA zərbəsi endirilib, nəticədə bir qadın və iki uşaq həyatını itirib.