Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

Dünya xəbərləri Materials 29 May 2026 12:06 (UTC +04:00)
Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Amerikalı milyarder İlon Maskın sahib olduğu “SpaceX” şirkəti birjaya çıxış ərəfəsində gözlənilən qiymətləndirməsini azaldıb və artıq dəyərinin 1,8 trilyon dollardan çox olmayacağını düşünür.

Trend xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Hələ aprel ayında şirkətin dəyərinin 2 trilyon ABŞ dollarından çox qiymətləndiriləcəyi deyilirdi. Lakin investorlar və məsləhətçilərlə aparılan danışıqlardan sonra şirkət gözləntilərinə düzəliş etmək qərarına gəlib.

Bununla belə, "SpaceX" hələ də şirkətə 75 milyard ABŞ dollarınadək investisiya cəlb etməyi planlaşdırır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti