Hindistanda körpü uçub - çox sayda ölən var

Dünya xəbərləri Materials 29 May 2026 09:52 (UTC +04:00)
Hindistanda körpü uçub - çox sayda ölən var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında tikilməkdə olan körpünün bir hissəsinin uçması nəticəsində azı altı nəfər həyatını itirib.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, ölənlərin hamsı tikinti sahəsində çalışan işçilər olub.

Bildirilir ki, körpünün bir hissəsinin uçması güclü fırtınadan sonra baş verib. Dağıntılar altında insanların ola biləcəyi istisna edilmir.

Hadisə yerində xilasetmə briqadaları işləyir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti